18 
Noy
2020
21:10
957
13
3187
Virtual karabakh

Gürcü ekspert: “Azərbaycan hərbi gücünü göstərdi” - VİDEOMÜSAHİBƏ

18 Noy, 2020
21:10
3187

Gürcü ekspert: “Azərbaycan hərbi gücünü göstərdi” - VİDEOMÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra Dağlıq Qarabağ münaqişəsi üzrə heç bir müsbət irəliləyiş olmadı. Azərbaycan hərbi əməliyyatlarla öz ərazi bütövlüyünü bərpa etdi”.

Bunu Baku TV-yə müsahibəsində Beynəlxalq Elmi Tədqiqatlar Mərkəzinin direktoru, münaqişələr üzrə ekspert Nika Kitadze bildirib.

Ölkəmizin bu müharibədə öz gücünü bütün dünyaya göstərdiyini deyən hərbi ekspert Azərbaycanın uğurlu hərbi əməliyyatlar həyata keçirdiyini qeyd edib:

“Bu müharibə Azərbaycanın hərbi gücünü göstərdi. Azərbaycan öz silahlı qüvvələrini gücləndirir. 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsi, demək olar ki, üç milyard dollar təşkil edir. Bu məbləğ də Azərbaycan ordusunun döyüş imkanlarının gücləndirilməsinə xərclənir.

Bu, elə hərbi əməliyyatlar zamanı da təsdiq olundu. 1994-cü il 10 may atəşkəs müqaviləsinin imzalanmasından sonra indiyədək diplomatik yolla münaqişənin həlli istiqamətində heç bir irəliləyiş qeydə alınmadı. Ermənistan razılaşmaya getmirdi.

Minsk qrupunun fəaliyyəti istiqamətində müsbət irəliləyiş hiss olunmurdu. Belə olan halda Azərbaycan məcburən hərbi yolla işğal altında olan ərazilərini azad etdi. Buna Azərbaycanın huququ da var idi, çünki Azərbaycan öz ərazilərini azad etdi.

Azərbaycan uğurlu hərbi əməliyyatlar apardı. Xüsusilə cənub istiqamətində və mərkəzdən irəliləmək, Şuşa şəhərinin azad edilməsi olduqca önəmli idi”.

Daha ətraflı Baku TV-nin videosüjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri