13 
İyl
2021
15:24
198
48
5521
Virtual karabakh

Bakıda iki bacısını qətlə yetirənə hökm oxundu - VİDEO

13 İyl, 2021
15:24
5521

Bakıda iki bacısını qətlə yetirənə hökm oxundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin aprelin 16-sı gecə saatlarında Daxili İşlər Nazirliyinin “102” xidmətindən Xəzər Rayon Polis İdarəsinə Buzovna qəsəbəsində bıçaqlanma hadisəsinin baş verməsi ilə əlaqədar məlumat daxil olub.

Bununla əlaqədar əməliyyat qrupu həmin ünvana yollanıb. Məlum olub ki, əvvəllər məhkum olunmuş Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində mətbəx bıçağı ilə bacılarına çoxsaylı zərbələr vurub.

Cinayəti törədən şəxs hadisə yerində polis əməkdaşlarına təslim olub. Səadət Əlimanovanın meyiti fərdi evin zalında, ağır yaralı olan Məlahət Əlimanova isə yataq otağında aşkar edilib.

Yaralı evə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, aprelin 19-da M.Əlimanova yerləşdirildiyi xəstəxanada vəfat edib.

Xəzər Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İş üzrə dindirilən M.Əlimanov bacıları ilə münaqişənin səbəbinin torpaq payı məsələsi olduğunu deyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əlimanov ömürlük azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri