18 
Okt
2021
14:08
177
13
2666
Virtual karabakh

Azərbaycanlı nazir müavini alim, general Məhəmməd Sadıq bəy Ağabəyzadənin izi ilə - VİDEO

18 Okt, 2021
14:08
2666

Azərbaycanlı nazir müavini alim, general Məhəmməd Sadıq bəy Ağabəyzadənin izi ilə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhəmməd Sadıq bəy Ağabəyzadə, çoxları üçün tanış olmayan bu ad ötən əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, milli polisin işçi rütbələrinin təsnifat sisteminin müəllifi olub.

Ömrünün son illərini Lvovda yaşayan nazir müavini elə həmin şəhərdə dəfn olunub.

Dövrünün həm də tanınmış şərqşünas alimi olan Ağabəyzadə Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Avropaya mühacirət edir. Lakin 1927-ci ildə görkəmli şərqşünas Smoqojevskinin dəvəti ilə Parisdən Lvova köçür. 1941-ci ildə Lvovun faşist işğalı zamanı hitlerçilər alim generalı öz mənzilindən çıxarırlar. Bundan sonra ağırlaşan xəstəliyi ilə zirzəmidə çətin şəraitdə yaşayan Məhəmməd Sadıq bəy oktyabrın doqquzu 1944-cü ildə vəfat edir. O, Lvovda müsəlman qaydalarına uyğun dəfn edilib. Uzun illər baxımsızlıqdan yararsız hala düşən Ağabəyzadənin qəbri 2017-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən restavrasiya olunub.

Lvov Universitetinin fəxri alimi seçilən Məhəmməd Sadıq bəyin bir çox əsər və tərcümələri Rusiya, Ukrayna, Polşa və digər Avropa ölkələrinin universitetlərində tədris olunur.

Ağabəyzadə 1918-ci il oktyabrın 23-də Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə daxili işlər nazirinin müavini təyin olunub. Sovet işğalından sonra mühacirətdə Fransada yaşadığı zaman fars, türk dillərini tədris edir. Ukraynada yaşadığı müddətdə burada dünya elm tarixində Lvovski Peterburqski adı ilə məşhur olan şərqşünaslıq məktəbinin əsasını qoyan iki nəfərdən biri olur. Türk, fars, ərəb, fransız, polyak və Ukrayna dillərini mükəmməl bilməklə yanaşı, tərcümələr də edir. Buna baxmayaraq, ölümündən sonra sovet elm ictimaiyyəti tərəfindən unudulur.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri