19 
Noy
2021
14:44
16
117
2638
Virtual karabakh

70 ildir əhaliyə xidmət edən xəstəxananın təyinatı niyə dəyişdirilib? - VİDEO

19 Noy, 2021
14:44
2638

70 ildir əhaliyə xidmət edən xəstəxananın təyinatı niyə dəyişdirilib? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabadın Axtaçı kəndində yerləşən xəstəxana 1950-ci ildə inşa olunaraq fəaliyyətə başlayıb. O vaxtdan bəri əhaliyə fasiləsiz xidmət göstərən xəstəxana 2021-ci il yanvarın 1-dən TƏBİB-in balansına keçdikdən sonra tibb məntəqəsi kimi fəaliyyət göstərir. 

Rayonun bütün kəndlərində, eləcə də Axtaçı-Muğan kəndində də tibb məntəqəsi fəaliyyət göstərir. Sakinlər deyir ki, Axtaçı-Muğan xəstəxanası 15 çarpayılıq olub və vaxtı ilə 24 saat əhaliyə xidmət göstərib.

Xəstəxananın xidmətlərindən rayonun Osmanlı, Şıxsalahlı, Qaratoğay, Güdəcühür, Həşimxanlı və Ulacalı kəndlərindən olan 10 minə yaxın sakin istifadə edib. Lakin bu ilin yanvarın 1-dən TƏBİB-in balansına keçdikdən sonra hər gün saat 16:00-a qədər fəaliyyət göstərməyə başlayıb. Bu da öz növbəsində kənd sakinlərinin narazılığına səbəb olub. Onlar qeyd edirlər ki, indi 50 kilometr məsafə qət edərək Sabirabad və Şirvan şəhər xəstəxanalarına getmək məcburiyyətində qalıblar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri