29 
Dek
2016
13:35
395
29
11080
Virtual karabakh

Ermənistanın biri zabit olmaqla 3 hərbçisi ölüb

29 Dek, 2016
13:35
11080

Ermənistanın biri zabit olmaqla 3 hərbçisi ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 3 hərbçisi həlak olub.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirinin mətbuat katibi Arsrun Ovanisanyan məlumat verib. O bildirib ki, hərbçilər Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyat zamanı ölüblər. Onların 2-si əsgər, digəri isə zabit olub.

Ovannisyanın sözlərinə görə, atışma zamanı bir azərbaycanlı hərbçisi öldürülüb, onun meyiti Ermənistan tərəfində qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Rusiyanın TASS agentliyinə bildirib ki, sərhəddə döyüşlərin getdiyi barədə informasiyaya malik deyil.

“Bu barədə hər hansı rəsmi məlumat yoxdur. Əgər məlumat olsa, Müdafiə Nazirliyi rəsmi kanallarla yayacaq”, - Dərgahlı bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri