29 
Dek
2016
16:10
25
241
2663
Virtual karabakh

Rusiya ombudsmanı: Ermənistan və Azərbaycan arasındakı münaqişədə hamı zərər çəkib

29 Dek, 2016
16:10
2663

Rusiya ombudsmanı: Ermənistan və Azərbaycan arasındakı münaqişədə hamı zərər çəkib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz, ombudsmanlar, onun tərəfdarıyıq ki, dünyada tam sülh olsun”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Rusiyanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova deyib.

T.Moskalkova bildirib ki, azərbaycanlılar və ermənilər arasında olan münaqişədən hamı əziyyət çəkir:

“Nəinki azərbaycanlılar, ermənilər, həmçinin ruslar, sadə insan həyatına, xoşbəxtliyinə önəm verən hər kəs əziyyət çəkib. Bu gün Rusiya və Ukrayna arasında çox çətin münasibətlər yaranıb. Biz ukraynalı həmkarımla belə qərara gəlmişik ki, dövlət orqanları arasında münasibətlərin necə olmasından asılı olmayaraq, insan həyatı vacibdir. Mən Ukraynada, o isə Rusiyada həbsxanalara baş çəkmişik.

Bu cür əməkdaşlıq ombudsmanlara Azərbaycan ərazisində olan ermənilər və Ermənistanda olan azərbaycanlılara yardım etmək imkanı verə bilər. Anaları və yaxınları onların yanına gedə bilməyəndə bunu biz edə bilərik. Biz bu məsələnin həllinin yeni forma və yollarını tapmağa çalışacağıq. Yeni nəslin qəlbinin sərtləşməməsi çox vacibdir. Əsas odur onlar yaxınlaşsın. Bu problemin həllində kompromisə gəlmək üçün ağıl və zəkanın üstün olması vacibdir. İstəyirik ki, hər kəs sülh şəraitində yaşasın”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri