İyl
2017
00:06
13
424
7604
Virtual karabakh

Düşmənin açdığı atəş nəticəsində ölənlər nənə və nəvədir

5 İyl, 2017
00:06
7604

Düşmənin açdığı atəş nəticəsində ölənlər nənə və nəvədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.

Oxu.Az-ın xəbərinə görə, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlardan intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.  

Yaralı xəstəxana çatdırılıb.

Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri