İyl
2017
01:00
485
21
19235
Virtual karabakh

İki yaşlı Zəhranın atası: Qızımın qanını yerdə qoymayacağam

5 İyl, 2017
01:00
19235

İki yaşlı Zəhranın atası: Qızımın qanını yerdə qoymayacağam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənilər dəfələrlə bizim kəndimizi atəşə tutub. Bir neçə gün əvvəl də mərmi atmışdılar”.

Oxu.Az-ın məlumatına görə, bunu AzVision.az-a açıqlamasında bu gün axşam saatlarında düşmən təxribatı nəticəsində həlak olan Füzuli rayonunun Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib.

O, erməni işğalçılarından anasının və qızının intiqamını alacağını söyləyib:

“Mən bu qanı yerdə qoymayacağam. Anamın da, qızımın da intiqamını alacağam”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri