10 
İyl
2017
12:00
37
549
28348
Virtual karabakh

Bakının mərkəzində Zəhraya görə qalmaqal: Ölən mənim vecimə deyil – VİDEO

10 İyl, 2017
12:00
28348

Bakının mərkəzində Zəhraya görə qalmaqal: Ölən mənim vecimə deyil – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının piyada keçidlərindən birində xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az GoldNews.az-a istinadla xəbər verir ki, piyada keçidində çalışan şəxs ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranın dəfn günündə yüksək səslə şən musiqi səsləndirib. 

Bu da keçiddən istifadə edən vətəndaşlar tərəfindən etirazla qarşılanıb. Obyektin mühafizəçisi isə musiqinin səsini endirməyəcəyini, baş verənlərin onun vecinə olmadığını bildirib.

“Bu, mənim problemim deyil. Mən xızılıyam. Orada ölən mənim vecimə də deyil”.

Ərazidə olan şəxslər qanına qəltan edilmiş, məsum Zəhranın şəklini göstərsələr də, bu naqis hərəkəti edən insanı, “azərbaycanlını” inadından döndərə bilməyiblər.

Qeyd edək ki, Zəhra Quliyeva iyulun 4-də ermənilərin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində dünyasını dəyişib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri