15 
Noy
2017
15:27
167
24
1863
Virtual karabakh

Silahlı Qüvvələr hərb oyunları keçirəcək

15 Noy, 2017
15:27
1863

Silahlı Qüvvələr hərb oyunları keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-da qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

MN-dən Oxu.Az-a verilən məlumata görə, hərb oyununun keçirilməsi qoşun növlərinin və qismlərinin strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanlarının və xüsusi təyinatlı qüvvələrin cəlb edilməsini, eləcə də, müxtəlif mərhələlərdə qüvvə və vasitələrin istifadəsini nəzərdə tutur.

KQHO-nın əsas məqsədi müasir ümumqoşun əməliyyatlarının keçirilməsi üzrə çətin tapşırıqların həllində, o cümlədən dağlıq relyef və mürəkkəb radioelektron, həmçinin hərb oyunlarının niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində idarəetmə orqanlarının və qoşunların qarşılıqlı fəaliyyət səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir.

KQHO-nın mərhələlərinin birində qarşılıqlı fəaliyyətdə olan qoşunların havada, dənizdə, quruda manevr və atəş imkanları müəyyən edilməklə, praktiki fəaliyyəti də yoxlanılacaq. Komanda-qərargah hərb oyunları noyabrın 20-dək davam edəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri