14 
Dek
2017
13:42
47
1155
26541
Virtual karabakh

Azərbaycan şəhid verdi – YENİLƏNİB

14 Dek, 2017
13:42
26541

Azərbaycan şəhid verdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq. O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var.

***

12:02

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Füzuli Süleyman oğlu şəhid olub.

Bu barədə Oxu.Az-a MN-dən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbir diləyir!

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri