13 
İyn
2018
11:12
12
145
1826
Virtual karabakh

Həmsədrlər Ermənistanın yeni hökuməti ilə danışıqlarda - FOTO

13 İyn, 2018
11:12
1826

Həmsədrlər Ermənistanın yeni hökuməti ilə danışıqlarda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.

Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, həmsədrlərin səfərinin vacibliyini qeyd edən erməni nazirin sözlərinə görə, bu səfər Ermənistanın yeni hökumətinin formalaşmasından sonra ilk dəfə birbaşa əlaqə yaratmaq imkanıdır. 

Həmsədrlər erməni nazirə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz yanaşmalarını təqdim ediblər. 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatında növbəti addımlar müzakirə edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri