22 
Avq
2018
20:36
141
304
5082
Virtual karabakh

Nəcməddin Sadıkov belaruslu həmkarı ilə görüşüb - FOTO

22 Avq, 2018
20:36
5082

Nəcməddin Sadıkov belaruslu həmkarı ilə görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonev ilə görüşüb.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, Belarus Respublikası Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qonaqları salamlayan general-mayor O.Belokonev vurğulayıb ki, Belarus Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.

Belarusa səfərindən məmnunluğunu bildirən general-polkovnik N.Sadıkov Azərbaycan-Belarus hərbi münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətlər geniş təhlil edilib və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri