25 
Sen
2018
15:29
207
75
2840
Virtual karabakh

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq

25 Sen, 2018
15:29
2840

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vertolyoti Rossii” hondinqi “ADEX-2018” sərgisi çərçivəsində Azərbaycan ərazisində Rusiya helikopterləri üçün servis mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır. 

Oxu.Az xəbər verir ki, bu fikirləri holdinqin baş direktorunun müavini İqor Çeçikov deyib. 

“Sərgi çərçivəsində tərəfdaşlarımıza mülki və hərbi helikopterlərin ən yeni nümunələrini və kompleks şəkildə onların gələcək xidmətlərini təklif etmək niyyətindəyik. Həmçinin, Azərbaycan ərazisində Rusiya helikopterləri üçün servis mərkəzinin hazırlanması məsələsini də aktivləşdirmək istəyirik”, - Çeçikov deyib. 

“ADEX-2018” sərgisində “Vertolyoti Rossii” bir sıra yeni mülki və hərbi helikopterlərin nümunələrini nümayiş etdirir. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri