28 
Sen
2018
14:39
75
261
22891
Virtual karabakh

Azərbaycanda kişilərin hərbi qeydiyyata alınma yaşı aşağı salınır

28 Sen, 2018
14:39
22891

Azərbaycanda kişilərin hərbi qeydiyyata alınma yaşı aşağı salınır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkədə kişi cinsindən vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq, təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədilə ilkin hərbi qeydiyyatın 15 yaşdan aparılması təklif edilir.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri