18 
Dek
2018
19:28
237
33
11085
Virtual karabakh

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı - FOTO

18 Dek, 2018
19:28
11085

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə  toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri və qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Şəxsi heyətin fiziki və sıra hazırlığı yoxlanılıb, iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi  sənədlər üzrə məqbullar qəbul edilib.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində atıcı silahlardan atışlar icra olunub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri