19 
Fev
2019
15:28
15
227
1919
Virtual karabakh

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə etdi - VİDEO

19 Fev, 2019
15:28
1919

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. 

Görüşdən sonra nazirlər mətbuata açıqlama veriblər. 

S.Lavrov açıqlamasında görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunduqlarını bildirib. 

Layçak bildirib ki, Slovakiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaranmış çərçivəni dəstəkləyir.

“Biz Minsk qrupunun həmsədrlərini dəstəkləyirik, mən onlarla tez-tez görüşürəm. 

Ermənistanın yeni hakimiyyəti çox güclü mandat qazanıb. Müəyyən gözləntilər var. İstəyirəm ki, mənim səfərim nəyi gözləməyin və hansı addımların atılmasına aydınlıq gətirsin. Bizim məqsədimiz bu vəziyyətdə Minsk qrupunun həmsədrlərinə kömək etməkdir”.

Rusiya XİN rəhbəri deyib ki, Ermənistan hakimiyyəti bir müddət əvvəl qurulub və həmsədrlər yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər. 

“ATƏT-in fəaliyyətdə olan sədrinin bu mövqeyinə görə minnətdarıq. Həmsədrlər həm Azərbaycan, həm Ermənistan prezidenti, həm də ölkələrin xarici işlər nazirləri ilə görüşürlər. Yeni əlaqələr planlaşdırılır.

Ermənistan hakimiyyətinin bir müddət əvvəl qurulmasını nəzərə alaraq, sözsüz ki, münaqişənin həlli prosesinin bu mərhələdə nə qədər dərin və intensiv olduğunu anlamaq üçün vaxt lazımdır. Təkrar edirəm ki, ATƏT və həmsədrlər yalnız dialoq üçün şərait yarada bilərlər. Qərarları isə tərəflər özləri verməlidir”, - Lavrov əlavə edib.  

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri