Mar
2019
09:44
36
455
3634
Virtual karabakh

Ermənilər Gədəbəydəki mövqelərimizi atəşə tutdular

3 Mar, 2019
09:44
3634

Ermənilər Gədəbəydəki mövqelərimizi atəşə tutdular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Məzəm kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri