13 
Mar
2019
22:57
374
43
4737
Virtual karabakh

Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladı - FOTO

13 Mar, 2019
22:57
4737

Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyi xəbər verir ki, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.

Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri