22 
Apr
2019
12:50
194
18
2787
Virtual karabakh

Azərbaycan pilotları təlim-məşq uçuşlarında - FOTO/VİDEO

22 Apr, 2019
12:50
2787

Azərbaycan pilotları təlim-məşq uçuşlarında - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Super Muşşak” və “L-39” təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və “Mi” seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.

Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri