31 
May
2019
13:17
248
68
10567
Virtual karabakh

Parlamentdə şəhid zabitlə bağlı - MÜZAKİRƏ

31 May, 2019
13:17
10567

Parlamentdə şəhid zabitlə bağlı - MÜZAKİRƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclis ATƏT-in Minsk qrupuna zabitimizin şəhid olması ilə bağlı etirazını çatdırmalıdır.

Oxu.Az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin (MM) plenar iclasında deputat Çingiz Qənizadə bildirib.

“Bu hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə səfərdə olduğu dövrdə baş verib”, - deputat qeyd edib.

Spiker Oqtay Əsədov isə artıq Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupuna məsələ ilə bağlı mövqeyini çatdırdığını bildirib:

“Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri