12 
İyn
2019
15:08
305
60
6975
Virtual karabakh

Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO/VİDEO

12 İyn, 2019
15:08
6975

Qəbələdə üç ölkənin Müdafiə nazirlərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov əməkdaşlığln yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.

Daha sonra bildirilib ki, hərbi sahədə üç qonşu dövlətin birglə fəaliyyəti uğurla davam etdirilir, ildən-ilə fəaliyyət planında dəyişiklik olur və daha da genişləndirilir.

Hərbi əməkdaşlıqda birgə təlimlərin xüsusi rol oyandığı vurğulanıb.

Belə ki, ötən il yeddi birgə hərbi təlimlər keçirilmişdisə, bu il 13 hərbi təlimin keçirilməsi nəzərdə tutulub.

13:22

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi və üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

10:29

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, görüş Qəbələ şəhərində baş tutub.

Hər üç ölkənin naziri Qəbələ Şəhidlər Xiyabanını ziyarət edib.

İlk olaraq Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin Milli Müdafiə Nazirliyi, Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında, həmçinin, Gürcüstan və Türkiyə Müdafiə Nazirliyi arasında ikitərəfli görüşlər keçirib.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstanın Müdafiə Nazirliyi arasında hərbi sahədə olan münasibətlər müzakirə olunub.

Bundan əlavə, hər iki nazirlik arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Görüş üçtərəfli formatda davam etdiriləcək.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri