13 
İyn
2019
10:25
37
183
6022
Virtual karabakh

Ermənilərin mövqelərimizi minaatanlardan atəşə tutduğunun sübutu - FOTO

13 İyn, 2019
10:25
6022

Ermənilərin mövqelərimizi minaatanlardan atəşə tutduğunun sübutu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bildiriblər. 

“Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib.

Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir”, - nazirlikdən bildirilib. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri