20 
Okt
2019
09:46
128
111
3697
Virtual karabakh

Cəbhə xəttində gərginlik: Snayperlərin iştirakı ilə 23 dəfə atəşkəs pozuldu

20 Okt, 2019
09:46
3697

Cəbhə xəttində gərginlik: Snayperlərin iştirakı ilə 23 dəfə atəşkəs pozuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. 

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Qaraqaşlı, Acarlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Horadiz, kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri