22 
Noy
2019
16:29
32
188
4088
Virtual karabakh

Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”

22 Noy, 2019
16:29
4088

Putin təhlükələrdən danışdı: “Kosmos hərbiləşdirilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin 2033-cü ilə qədər olan hərbi strategiyasını açıqlayıb.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, V.Putin Təhlükəsizlik Şurasının iclasında deyib ki, 2033-cü ilə qədər yeni silahlandırmaq proqramının hazırlanması 2020-ci ildən başlayacaq.

O bildirib ki, bura dronların, lazer və hipersəs sistemlərinin genişləndirilməsi daxil edilməlidir.

Rusiya liderinin sözlərinə görə, silahların keyfiyyət və kəmiyyət xüsusiyyətləri inkişaf etdirilməlidir.

V.Putin dünyanın ciddi çağırışlar və təhdidlərlə qarşılaşdığını vurğulayıb.

O bildirib ki, dünyanın müxtəlif bölgələrində nəinki uzun müddətdir davam edən münaqişələr aktivləşir, həm də yeni konfliktlər meydana çıxır.

“Aparıcı ölkələr hücum silahlarını fəal şəkildə inkişaf etdirir. NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması, habelə kosmosun hərbiləşdirilməsi cəhdləri də ciddi narahatlıq doğurur”, - deyə V.Putin əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri