15 
Yan
2020
17:21
264
28
4044
Virtual karabakh

Cəbhə xəttində erməni təxribatının qarşısı alındı

15 Yan, 2020
17:21
4044

Cəbhə xəttində erməni təxribatının qarşısı alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa ra­yonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

DSX-dən verilən məlumata görə, bu gün 16:00 radələrindən başlamaqla Qazax ra­yo­nunun Məzəm kəndi istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz və Qazax rayon mərkəzindən Məzəm kəndinə gedən avtomobil yolu ER-nın İcevan rayonunun Berkaber kəndi yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­qeləri cavab atəşi ilə susdurulub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri