14 
Mar
2020
17:34
54
466
4180
Virtual karabakh

Ermənilər Qazaxda yaşayış evləri və mülki nəqliyyat vasitə­lərini atəşə tutdu - RƏSMİ

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.  

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, martın 14-də saat 13:30-dan 14:00-dək Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri