23 
İyn
2020
10:37
27
140
2118
Virtual karabakh

MN: “Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”

23 İyn, 2020
10:37
2118

MN: “Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistanın Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri