13 
İyl
2020
11:37
70
414
12275
Virtual karabakh

İsmayıllının icra başçısı şəhidimizdən danışdı - FOTO

13 İyl, 2020
11:37
12275

İsmayıllının icra başçısı şəhidimizdən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhər saatlarında şəhidimiz torpağa tapşırıldı. Allah ailəsinə və yaxınlarına səbr versin”.

Bunu Oxu.Az-a İsmayıl Rayonu İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib. 

O bildirib ki, şəhid Xəyyam Daşdəmirov ailəsinin, hərbi hissə komandiri və İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dəfn olunub:

“Ağır dərddir. Ailəsinə səbr diləyirik. Səhər saatlarında şəhidimizlə vida mərasimi keçirildi. Daha sonra şəhidimiz rayonun Balik kəndində torpağa tapşırılıb”.

Xatırladaq ki, iyulun 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun dörd hərbçisi - çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olublar.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri