14 
İyl
2020
17:30
1427
61
6701
Virtual karabakh

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

14 İyl, 2020
17:30
6701

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə həyata keçirdiyi hücumu şiddətlə qınayırıq. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, qardaş Azərbaycan xalqına başsağlığı diləyirik”.

“CNN Türk”ün məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan - Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirərkən deyib.

“Dağlıq Qarabağı qanunsuz şəkildə işğal edən və illərdir təcavüzkar mövqe nümayiş etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında dayanmağa, “tək millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”, - deyə Hulusi Akar bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri