14 
İyl
2020
19:47
664
56
14650
Virtual karabakh

Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO/VİDEO

14 İyl, 2020
19:47
14650

Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid Bakı, Xətai rayon sakini, 1973-cü il təvəllüdlü artilleriya rəisi, polkovnik Mirzəyev İlqar Anzor oğlunun nəşi evinə gətirilib. 

Oxu.Az xəbər verir ki, şəhid polkovnikin nəşi böyük izdihamla qarşılanıb.

Qeyd edək ki,  iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, Mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri