12 
Okt
2020
02:34
2107
61
6056
Virtual karabakh

Kazanda Azərbaycanın ərazi bütövlüyünə dəstək aksiyası keçirildi - FOTO

12 Okt, 2020
02:34
6056

Kazanda Azərbaycanın ərazi bütövlüyünə dəstək aksiyası keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup fəal Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Azərbaycana dəstək aksiyası təşkil ediblər.

Nail Nabiullin, Fanil Qilazov və Eldar Mustafayev Kazan şəhərinin mərkəzi küçəsində “Азәрбайҗан, кардәшләребез! Безнең йөрәкләр Сезнең белән!”(Azərbaycanlı Qardaşlar! Bizim ürəyimiz sizinlədir!) yazılan plakatlar qaldırıblar.

“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik!”

“Biz Türkük və hər zaman bir-birimizi dəstəkləməliyik. Bu gün azərbaycanlı qardaşlarımıza mənəvi dəstəyimizi və həmrəyliyimizi ifadə edirik. Susa bilmədik, bizim hərəkətimiz ruhumuzun tələbidir”, - N.Nabiullin “Facebook” paylaşımına qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri