17 
Okt
2020
13:12
864
70
2817
Virtual karabakh

Ombudsman ermənilərin Gəncə vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO

17 Okt, 2020
13:12
2817

Ombudsman ermənilərin Gəncə vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Gəncəni atəşə tutması bütün beynəlxalq hüquq normalarına ziddir”.

Report xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı Cenevrə Konvensiyası qəbul edilib:

“Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hər zaman olduğu kimi, tərəfdar çıxdığı bütün beynəlxalq hüquq normalarına zidd addımlar atır. Bu vəziyyətə söz tapmaq mümkün deyil.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar İnstitutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssüf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri