18 
Okt
2020
19:14
2490
52
5304
Virtual karabakh

“Azərbaycan xalqına qarşı soyqırımı törədən ermənilər layiqli cəzalarını alacaqlar” – QAZAXISTANDAN MÜSAHİBƏ

18 Okt, 2020
19:14
5304

“Azərbaycan xalqına qarşı soyqırımı törədən ermənilər layiqli cəzalarını alacaqlar” – QAZAXISTANDAN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Döyüş bölgəsindən uzaqda yerləşən Gəncəyə edilən raket hücumunu insanlığa qarşı işlənmiş cinayət kimi dəyərləndirmək olar.

Bu sözləri Media.Az-a açıqlamasında qazaxıstanlı beynəlxalq hüquq üzrə mütəxəssis Ruslan Tusupbekov deyib.

O vurğulayıb ki, erməni cinayətkarların öz əməllərinə görə layiqli cəza alacaqlarından əmindir: “Müvafiq qərar vermək mexanizmi çox uzun və yavaş işləsə də, bu, mütləq baş verəcək. Ədalət maşını artıq işə salınıb və Azərbaycan xalqına qarşı soyqırımı törədən, Azərbaycan ərazilərini işğal etmiş və mülki əhalini atəşə tutmuş erməni separatçıları layiq olduqları cavabı verəcəklər. Buna heç kimin şübhəsi yoxdur və üstəlik bunu ermənilərin özləri də bilir. Bu səbəbdən belə bir sonu gözləyərək çirkin təxribatlara əl atırlar”.

O qeyd edib ki, Azərbaycan bütün xalqlara qarşı tolerantlığı, dostluq və səmimiyyəti ilə tanınır: “Buna görə də Azərbaycanı təcavüzkar siyasətdə günahlandırmaq gülüncdür. Ermənistan isə demək olar ki, Qafqazdakı bütün xristian dünyasının forpostu olmasından danışaraq yalnız gülünc reaksiyalara səbəb olur. Həqiqət tədricən üzə çıxır və dünya Azərbaycanın tərəfində olduğunu başa düşür. Torpaq qaytarılmalıdır! Azərbaycan çox gözlədi, indi isə hüquqi və suveren ərazilərini azad etməyin vaxtıdır. Beynəlxalq ictimaiyyətin rəyi çox vacibdir, lakin Azərbaycan çox sürətli hərəkət etməli və ərazi bütövlüyünü bərpa etməlidir. Bu zaman həmçinin Azərbaycanın rus və ingilis dillərində savadlı bir məlumat kampaniyası aparmasına ehtiyac var. Azərbaycan döyüş meydanında qalib gəlir, lakin düşməni hər cəbhədə əzmək üçün informasiya komponentini də gücləndirmək çox vacibdir”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri