19 
Okt
2020
16:12
773
40
1615
Virtual karabakh

Elçin Əmirbəyov: “Beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqləri artırmalıdırlar”

19 Okt, 2020
16:12
1615

Elçin Əmirbəyov: “Beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqləri artırmalıdırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.

O bildirib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib:

“Lakin, əfsuslar olsun ki, Ermənistan qeyri-konstruktiv mövqe göstərərək münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də, Ermənistan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan da öz sələflərindən heç nə ilə fərqlənməyib və xalqımıza qarşı müharibə cinayətlərinin törədilməsinə davam edib.

Ermənistanın bütün bu çirkin əməllərinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdırlar”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri