26 
Okt
2020
17:49
2589
55
10015
Virtual karabakh

Şəhidin bacısı: “O deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, öz borcumu yerinə yetirməliyəm” - VİDEO

26 Okt, 2020
17:49
10015

Şəhidin bacısı: “O deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, öz borcumu yerinə yetirməliyəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğal olunan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçu Dmitri Solntsevlə vida mərasimi keçirilib. 

Baku TV xəbər verir ki, şəhidin yaşadığı binanın qarşısında təşkil edilən mərasimdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlar iştirak ediblər. 

Dmitri sentyabrda könüllü şəkildə döyüşlərə gedib. Yaxınlarının sözlərinə görə, cəbhəyə getmək onun arzusu idi. 

Qeyd edək ki, Dövlət Neft və Sənaye Universitetində təhsil alan Dmitri magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan olub. Hətta koronavirusla mübarizəyə dəstək məqsədilə TƏBİB-də könüllü kimi çalışıb.

Şəhidin bacısı Yuliya Solntseva onunla bağlı xatirələrini bölüşüb:

“Dmitri deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, bura mənim torpağımdır, öz borcumu yerinə yetirməliyəm”.

Hərbçinin cənazəsi Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.

O, İkinci Fəxri xiyabanda dəfn edilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri