30 
Noy
2020
20:32
855
21
5110
Virtual karabakh

Qəhrəman qazimizə əlil arabası verildi, protezlə təmin olunacaq - FOTO

30 Noy, 2020
20:32
5110

Qəhrəman qazimizə əlil arabası verildi, protezlə təmin olunacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qələbəmizin qəhrəmanlarından olan qazilərdən birinin çağırışına cavab verilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov sosial şəbəkədə paylaşım edib.  

O, bildirib ki, Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər:

“Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.

Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.

Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri