Dek
2020
00:34
44
472
4441
Virtual karabakh

“Ruhlar şəhəri” Füzuli: “Ermənilər burada ölülərlə vuruşublar” - VİDEO

1 Dek, 2020
00:34
4441

“Ruhlar şəhəri” Füzuli: “Ermənilər burada ölülərlə vuruşublar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Dojd” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən videoreportaj hazırlayıb.

Telekanalın müxbiri Vladimir Romenskinin hazırladığı reportajda işğal illərində viran qalmış şəhərdə ermənilər tərəfindən törədilmiş digər vəhşiliklərə də diqqət yetirilib. Azərbaycanlılara məxsus məzarlıqların dağıdıldığı vurğulanıb.

Müxbirin müsahiblərindən biri ona məşhur muğam ustadı Ağabala Abdullayevin ermənilər tərəfindən məhv edilən büstünü göstərib və bildirib ki, ermənilər burada ölülərlə vuruşublar. Daha sonra rusiyalı jurnalist kimin olduğu bəlli olmayan daha bir dağıdılmış büstü izləyicilərə nümayiş etdirib.

Vladimir Romenskinin çəkdiyi kadrlarda ermənilərin məhv edilmiş döyüş texnikaları, həmçinin ərazidə qoyub qaçdıqları çox sayda sursatı göstərilib.

Telekanalın əməkdaşları eyni zamanda əvvəllər erməni hərbçilərinin olduğu hərbi hissəyə də baş çəkiblər. Burada da erməni əsgərlərin təlim yerləri, həmçinin ələ keçirdiyimiz döyüş sursatları nümayiş olunub.

Bundan əlavə, kadrlarda keçmiş hərbi hissənin həyətində yarasız vəziyyətə düşmüş çox sayda avtomobil göstərilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri