11 
Yan
2021
15:26
899
12
2401
Virtual karabakh

Daha bir şəhidimizin övladı dünyaya gəldi - VİDEO

11 Yan, 2021
15:26
2401

Daha bir şəhidimizin övladı dünyaya gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, ikinci oğul övladının adını isə sağ ikən arzuladığı Ümid olub. Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyaya gələn körpəni rayon rəsmiləri, sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.

Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci ilin 7-i iyunda dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri, o körpə olduğu vaxt ayrılıb.

Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə həyatdan köçüb. Hər iki valideynini itirən Elçin hərbi xidmətini başa vurduqdan sona öz dayısı qızı ilə ailə qurub. Bir oğlu dünyaya gəldikdən sonra yenidə müddətdən artıq hərbi xidmətə başlayıb. Piyadaların döyüş maşınında (PDM) – də atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub.

Sentyabrın 30-da isə ailəsinə şəhid xəbəri çatıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri