14 
Yan
2021
17:39
669
20
2237
Virtual karabakh

Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edildi

14 Yan, 2021
17:39
2237

Azərbaycan ilə Yaponiya arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan ilə Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan müdafiə naziri diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri