19 
Yan
2021
17:14
393
48
3822
Virtual karabakh

Murovdağda şəhid olan hərbçimiz dəfn olundu - FOTO

19 Yan, 2021
17:14
3822

Murovdağda şəhid olan hərbçimiz dəfn olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn əsgəri torpağa tapşırılıb.

“Qafqazinfo”nun xəbərinə görə, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər, Daşkəsən rayon sakini, 1996-cı il təvəllüdlü Novruz Haqverdiyev bu gün Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidlə vida mərasimi Daşkəsənin Alunitdağ qəsəbəsində keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan ordusunda xidmət edən N.Haqverdiyevin adı itkin düşən hərbçilər sırasında idi.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri