21 
Yan
2021
16:15
35
389
2877
Virtual karabakh

Hərbi prokuror Vətən müharibəsindən danışdı

21 Yan, 2021
16:15
2877

Hərbi prokuror Vətən müharibəsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-ci ildə qeydə alınan cinayətlərin 99,5 faizinin üstü açılıb”.

Bu barədə bu gün Hərbi Prokurorluğunda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirilib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı hərbi prokurorluq orqanları əməkdaşlarının istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə xidməti vəzifələrinin icrası ilə bağlı üzərlərinə düşənləri layiqincə yerinə yetiriblər:

“Vətən müharibəsi başladığı tarixdən işin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə Respublika Hərbi Prokurorluğunda operativ qərargah yaradılıb. Əməkdaşlar döyüş bölgələrində xidməti vəzifələrinin icrası ilə bərabər, müşahidələr aparmaqla, hərbi qulluqçuların qayğıları ilə maraqlanaraq, hər hansı nöqsan, çatışmazlıq və çətinlik aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində tədbirlər görüb, o cümlədən zəruri hallarda aidiyyəti üzrə müvafiq orqanlara müraciət olunmasını təmin ediblər”.

X.Vəliyev qeyd edib ki, ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri