27 
Yan
2021
14:12
367
11
3336
Virtual karabakh

Vətən müharibəsinin daha bir qəhrəmanını tanıyaq - FOTO

27 Yan, 2021
14:12
3336

Vətən müharibəsinin daha bir qəhrəmanını tanıyaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Rəcəb Teymurov sentyabrın 27-si erməni silahlı qüvvələrinin bütün cəbhə boyu başlatdığı genişmiqyaslı təxribatına cavab olaraq ordumuz tərəfindən başlanan əks-hücum əməliyyatlarında ilk gündən uğurla iştirak edib.

Oxu.Az-ın məlumatına görə, R.Teymurov “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyin hər zaman ən böyük arzusu olduğunu deyib.

O bildirib ki, Ana Vətənimiz bizlərə hər şeydən doğma və müqəddəsdir.

“Mənfur düşmənin 27 sentyabr tarixində həyata keçirdiyi təxribat dövlətimizin və xalqımızın səbrinin son həddi oldu. Ali Baş Komandanın illərdir gözlədiyimiz “İrəli” əmri ilə ordumuz düşmənə sarsıdıcı zərbələr endirməyə başladı. Bizim bölməmiz də qarşıya qoyulan tapşırıq əsasında işğalda olan torpaqlarımızı azad etmək üçün düşmən üzərinə əks-hücuma keçdi”, -deyə, R.Teymurov bildirib.  

Kiçik çavuş qeyd edib ki, hərbçilərimiz düşmənin illərdir torpaqlarımızda qurduğu mühəndis maneələrini, onların müdafiə xəttini darmadağın edərək irəliləyiblər. Onları isə döyüşdən-döyüşə aparan Vətən sevgisi idi.

"Suqovuşan kəndi uğrunda qızğın döyüşlər gedirdi. Təəssüflər olsun ki, döyüşlər zamanı düşmənin atdığı mərminin yanımda partlaması nəticəsində yaralandım. Döyüşə davam etmək, silahdaşlarımı döyüş meydanında qoyub çıxmaq istəməsəm də, bu, mümkün olmadı. Məni təxliyə edərək hospitala göndərdilər. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sona kimi iştirak edə bilməsəm də, sevinirəm ki, hərbçi qardaşlarım bu savaşımızı uğurla sonlandırdılar”, - deyə, R.Teymurov əlavə edib.

Qeyd edək ki, R.Teymurov Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” medalına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri