Fev
2021
11:30
442
13
4220
Virtual karabakh

Vladislav Şurıqin: “Qarabağ Azərbaycandır. Heç kim bu mövzuda mübahisə etmir”

8 Fev, 2021
11:30
4220

Vladislav Şurıqin: “Qarabağ Azərbaycandır. Heç kim bu mövzuda mübahisə etmir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatları nəzərə almayaraq Ermənistan tərəfinin gərginliyi qəsdən artırdığı təəssüratı yaranır. Məsələn, mövcud olmayan bir erməni separatçı qurumunun Qarabağdakı “nümayəndəliyinin” fəaliyyətinin Rusiyada davam edəcəyi ilə bağlı açıqlamalar var.

Rusiyalı hərbi ekspert, publisist, İzborsk klubunun daimi üzvü Vladislav Şurıqin Media.Az-a verdiyi müsahibəsində erməni tərəfinin açıqlamalarına çox da əhəmiyyət verməməyə çağırdı:

“Daha vacib olanı “Artsax ordusunun” ləğv edildiyi barədə məlumatdır. Artıq o olmayacaq. Onların bütün hərb tarixi burada bitir”.

Ekspert Qarabağın Rusiyadakı “təmsilçiliyinin” heç vaxt rəsmi olmadığını, heç Ermənistanın özünün də bu qurumu tanımadığına diqqət çəkdi:

“Bu, bir növ karikaturadır və onun heç vaxt ciddi mahiyyəti olmayıb. Bu cür ifadələrə yumorla yanaşmaq lazımdır. Eyni müvəffəqiyyətlə, Rusiya Federasiyasında Mars planetinin və ya “Cəhənnəmin Yeddinci qatı”nın nümayəndəliyinin açılışı barədə məlumat yaya bilərik. Bu məqamda hər şey insanın təxəyyülündən asılıdır”.

Müsahib bildirib ki, Moskvada oturan bu insanların məqsədi özləri üçün az da olsa əhəmiyyətlərini qorumaq, başqasının gözünə kül üfürməkdir. Onların heç bir rəsmi statusu yoxdur.

“Qarabağ Azərbaycandır. Heç kim bununla mübahisə etmir. Erməni siyasətçilərin bütün hərbi fikirləri müharibənin nəticəsindən inciyən insanların şəxsi düşüncələrindən başqa bir şey deyil”, - deyə müsahib sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri