10 
Fev
2021
18:12
633
13
5109
Virtual karabakh

Türkiyədən Azərbaycana göndərilən minatəmizləyənlər uğurla sınaqdan keçib - FOTO

10 Fev, 2021
18:12
5109

Türkiyədən Azərbaycana göndərilən minatəmizləyənlər uğurla sınaqdan keçib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi Zavod və Tərsanə Müəssisəsi (HFTM) tərəfindən istehsal edilən Mexaniki Minatəmizləmə Təchizatı (MEMATT) Azərbaycanda bütün sınaqlardan keçib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, ilk ixracı Azərbaycana olan MEMATT-ların test və təlim işlərini Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov və HFTM nümayəndələri müşahidə edib.

Bakı yaxınlığındakı poliqonda aparılan sınaqda MEMATT əraziyə döşənən bütün minaları məhv etməyə müvəffəq olub və Azərbaycan rəhbərliyi tərəfindən təqdir edilib. Testlərdən sonra nəqliyyat vasitələrindən istifadə edən personala sertifikatlar təqdim olunub.

General-mayor Kərimov jurnalistlərə açıqlamasında MEMATT-larin tezliklə erməni işğalından azad edilmiş ərazilərdə minaların təmizlənməsi işlərində iştirak edəcəklərini söyləyib.

Türkiyədən 20 maşın aldıqlarını və qalanlarının tədricən Azərbaycana təslim ediləcəyini deyən general-mayor bu vasitədən minatəmizləmə işində istifadənin həm daha təhlükəsiz olacağını, həm də daha az vaxt sərf ediləcəyini qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri