Apr
2021
10:51
149
7
1211
Virtual karabakh

ANAMA rəsmisi: “Əsas məqsədlərimizdən biri məcburi köçkünlərin təhlükəsiz yerlərə köçürülməsi olub”

5 Apr, 2021
10:51
1211

ANAMA rəsmisi: “Əsas məqsədlərimizdən biri məcburi köçkünlərin təhlükəsiz yerlərə köçürülməsi olub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 20 il ərzində biz nəinki Azərbaycanda, eləcə də başqa ölkələrdə minaların təmizlənməsində iştirak edirik”.

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar brifinqdə deyib.

O bildirib ki, ANAMA Türkiyədə altı əməliyyat aparıb:

“Bir neçə il əvvəl biz Türkiyədə fərqli bölgəsində bir neçə əməliyyat aparmışıq. Məsələn Suriya ilə sərhəddə. Biz Avropa İttifaqının da bir sıra işlərini həyata keçirmişik”.

S.Poladov ANAMA-nın əsas məqsədlərindən birinin məcburi köçkünlərin təhlükəsiz yerlərə köçürülməsi olduğunu bildirib:

“Hazırda da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qruplarımız ən müasir texnikalarla əməliyyatlar aparır. Biz davamlı olaraq bu işdə zəruri olan avadanlıqları almağa davam edəcəyik. Bu fəaliyyətdə əsas çətinlik ərazinin böyüklüyü və partlayıcı sursatların hansı ərazidə aparılması məsələsidir.

Biz hər bir tapıntını diqqətlə çeşidləyirik. Bizim ərazi əməliyyatçıların təcrübəsi bu cəhətdən çox vacibdir. Texniki bacarıqların yüksək olmasına çox önəm veririk”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri