Apr
2021
18:27
447
8
3537
Virtual karabakh

Ağstafada “Şəhid bulağı” - FOTO

9 Apr, 2021
18:27
3537

Ağstafada “Şəhid bulağı” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa şəhərində Vətən müharibəsi şəhidi Həsənov Elnur Elman oğlunun xatirəsinə həsr olunan “Şəhid bulağı”nın açılışı olub.

Bu barədə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, 1992-ci il sentyabrın 15-də Ağstafa şəhərində anadan olan şəhidimiz 8 noyabr, 2020-ci il tarixində Şuşa şəhərinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə canını sipər edərək şəhadətə ucalıb. 

Elnur Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşa uğrunda” medalları ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri