14 
Apr
2021
12:48
152
5
2142
Virtual karabakh

Moldova KİV-də 62 erməni diversantı ilə bağlı məqalə dərc olunub

14 Apr, 2021
12:48
2142

Moldova KİV-də 62 erməni diversantı ilə bağlı məqalə dərc olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın nüfuzlu “TRİBUNA” informasiya portalında və coment.md xəbər saytında “Кем являются 62 члена армянского военного отряда, захваченные азербайджанскими военными в середине декабря прошлого года?” (“Ötən ilin dekabrında Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni hərbi dəstənin 62 üzvləri kimlərdir”) adlı məqalə dərc olunub.

Məqalədə keçən ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdan sonra bölgədə baş verən proseslər təhlil edilir. Bu xüsusda yazıda sözügedən bəyanata əsasən bölgəyə rus sülhməramlılarının yerləşdirilməsi, Qarabağdakı Rusiya müşahidə məntəqələrinin qurulması, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, Rusiya-Türkiyə ortaq monitorinq mərkəzinin fəaliyyətə başlanılması və tərəflər arası əsir mübadiləsinin həyata keçirilməsindən bəhs olunur. Həmçinin məqalədə qeyd olunur ki, razılaşmaya əsasən hər iki tərəfdən qaçqınların göstərilən ərazilərə qaytarılması və Azərbaycan ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması nəzərdə tutulub.

Məqalədə Azərbaycan hərbçiləri tərəfindən keçən ilin dekabrında saxlanılan 62 nəfər erməni terrorçu-diversant məsələsinə diqqət yetirilib. Vurğulanır ki, erməni tərəfi müxtəlif beynəlxalq platformalar da daxil olmaqla sistemli şəkildə Azərbaycandakı erməni “əsirləri” məsələsini gündəmə gətirir. Lakin bu şəxslərin “hərbi əsir” deyil diversant və terrorçu olduqları, onların müharibədən 20 gün sonra törətdikləri təxribat və terror aktları nəticəsində dörd Azərbaycan hərbçisinin həlak olduğu, bir mülki şəxsin yaralandığı və bu şəxslərin “hərbi əsir” kateqoriyasına daxil olmadıqları qeyd olunur. Həmçinin məqalədə bildirilir ki, Ermənistan tərəfi Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini qanunsuz yollarla yerləşdirmək cəhdlərindən əl çəkmir. Bu isə gələcəkdə belə təxribatların təkrarlanmasını istisna etmir.

Bununla yanaşı məqalədə Azərbaycanın bölgədə yeni formatda əməkdaşlığın qurulmasına hazır olduğu, lakin Ermənistan tərəfindən belə təxribatların gələcəkdə təkrarlanacağı halda onlara adekvat cavab veriləcəyi vurğulanır.

Sonda müəllif Ermənistanı bölgədə yeni mövcud olan reallıqları qəbul etməyə, qonşularla normal münasibətlər qurmağa və bölgədə kommunikasiya xətlərinin açılmasından faydalanmaqla yanaşı regional layihələrin tam hüquqlu iştirakçısı olmağa çağırır.

Məqalə ilə aşağıdakı linklərdən daha ətraflı tanış olmaq mümkündür.

https://tribuna.md/ru/2021/04/13/ru-кем-являются-62-члена-армянского-военн/

http://coment.md/ru/kem-yavlyajutsya-62-chlena-armyanskogo-voennogo-otryada-zahvachennye-azerbajdzhanskimi-voennymi-v-seredine-dekabrya-proshlogo-goda/

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri