22 
İyn
2021
19:57
322
14
2752
Virtual karabakh

Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirilib – FOTO

22 İyn, 2021
19:57
2752

Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. 

Tədbir zamanı istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş edilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının vətənpərvərlik mövzusunda təqdim etdiyi musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri