20 
İyl
2021
16:09
314
14
3464
Virtual karabakh

Şirvan şəhərində şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib - VİDEO

20 İyl, 2021
16:09
3464

Şirvan şəhərində şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhərində Vətən müharibəsi şəhidi əsgər Nicat Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz!” adlı tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhlarına dualar oxunub. Sonra tədbir “Gənclər Evi”ndə davam edib.

Mərasimdə Şirvan şəhərindən olan şəhidlərin ailə üzvləri, qazilər və döyüş iştirakçıları, həmçinin Müdafiə Nazirliyinin, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir şəhid Nicat Hüseynovun əziz xatirəsinə həsr olunmuş videoçarxın mərasim iştirakçılarına təqdim olunması ilə başlayıb. 

Mərasimdə iştirak edən şəhid Nicat Hüseynovun yaxınları onun qısa lakin şərəfli həyat yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri